
Şəki və Balakən sakinlərindən marixuana aşkarlandı
Şəki və Balakən sakinlərindən narkotik vasitələr götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə saxlamaqda şübhəli bilinən rayonun Əlyar kənd sakini 24 yaşlı Sadiq Əhmədzadə saxlanılıb.
Şəxsi axtarış keçirilən zaman onun üzərindən 320 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Qullar kənd sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Cəbrayıl Nastakalov saxlanılıb.
C.Nastakalovun üzərinə şəxsi axtarış keçirilən zaman 29,16 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Tovuzda piyadanı avtomobil vurub öldürdü
21 avqust 2025 , 23:12
Ağcabədidə maye qazdoldurma məntəqəsi yandı, üç nəfər xəsarət aldı - VİDEO
21 avqust 2025 , 22:55
Astarada ağır qəza - 30 yaşlı motosiklet sürücüsü öldü
21 avqust 2025 , 21:57
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçdi - VİDEO
21 avqust 2025 , 21:21
Ermənistan ordusunun Xocalıya, Laçına, Kəlbəcərə, Qubadlıya hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
21 avqust 2025 , 20:40
Cəlilabadda 2 hektar yeri yandıran cəzalandırıldı
21 avqust 2025 , 19:46
Ağstafa sakini evində ölü tapıldı
21 avqust 2025 , 19:33