
Ağdaş sakinindən külli miqdarda narkotik götürüldü
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri keçirib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhər sakini 45 yaşlı Gəray Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 ədəd kiçik sellofan bükümdə ümumi çəkisi 2,366 qram narkotik vasitə olan heroin aşkar edilib.
G.Əliyevin yaşadığı evə də baxış zamanı oradan 36 qrama yaxın qurudulmuş marixuana və 20 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar yazılar

“Taxta bazarı”nda yanğın baş verdi-FOTO-VİDEO
14 iyul 2025 , 05:24
Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42