
Doqquz evi yaranın fotosu yayıldı
Binəqədi qəsəbəsində 9 evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşları oğrunun ələ keçirilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçiriblər. Nəticədə paytaxt ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş Bakı sakini Raci Meybullayev saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar edib. Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Binəqədi rayon Polis İdarəsi və ya 43-cü Polis Bölməsinə müraciət edə bilərlər.
Oxşar yazılar

“Taxta bazarı”nda yanğın baş verdi-FOTO-VİDEO
14 iyul 2025 , 05:24
Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42