
Bakıdakı kütləvi dava ilə bağlı YENİ DETALLAR
Sabunçu qəsəbəsində baş verən bıçaqlanma hadisənin detalları müəyyən olunub. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevin Lent.az-a verdiyi məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib. Hadisəni törədən 1994-cü il təvəllüdlü Abbasov Ramin Məhəbbət oğlu Sabunçu polis əməkdaşlarının əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Bağırov Zakir Vaqif oğlu qəsəbə sakini, 1980-ci il təvəllüdlü Muxtarov Ədalət Məhəbbət oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və Ə.Muxtarov üzərində gəzdirdiyi bıçaqla Z.Bağırovun döş qəfəsinə zərbə endirib.
Bu zaman hadisə yerində olan Z.Bağırovun qaynı, 1994-cü il təvəllüdlü Abbasov Ramin Məhəbbət oğlu Ə.Muxtarovu bıçaqlayıb.
Hər iki şəxs 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü(Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.
Oxşar yazılar

“Taxta bazarı”nda yanğın baş verdi-FOTO-VİDEO
14 iyul 2025 , 05:24
Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42