Rusiya vətəndaşından silah-sursat götürülüb
25 iyun 2014 14:05 (UTC +04:00)

Rusiya vətəndaşından silah-sursat götürülüb

0

Qazax rayonunda Rusiya vətəndaşının avtomobilindən silah-sursat aşkar edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də şəhər ərazisində Rusiya Federasiyası vətəndaşı Gülçin Yolçiyevə məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı “Makarov” markalı tapança, 1 ədəd güllə darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 584

Oxşar yazılar