Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Vüqar Hüseynov
19 iyun 2013 16:23 (UTC +04:00)

Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Vüqar Hüseynov

Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir. 

 

 

Qəhrəmanlar unudulmur!

 

20 iyun Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynovun doğum günüdür. Vüqar Tofiq oğlu Hüseynov 1969-cu il iyunun 20-də Cəbrayıl rayonu Daşkəsən kəndində anadan olub. O, 1990-cı ildə Xüsusi Təyinatlı Milis (polis) Dəstəsinə daxil olub, Xocalı, Goranboy, Çaykənd istiqamətlərində rəşadətlə vuruşub. 1991- ci il iyulun 20-də Goranboy rayonunun Buzluq kəndi uğrunda gedən döyüşdə düşmənin üstün qüvvələrinin dəf edilməsində xüsusi fədakarlıq göstərib və qəhrəmanlıqla həlak olub.

 

Doğulduğu Daşkəsən kəndində dəfn edilib. Oxuduğu orta məktəb onun adını daşıyır.

 

# 724
avatar

Oxşar yazılar