Prezidentliyə namizədlərin debatında dava oldu
20 sentyabr 2013 00:12 (UTC +04:00)

Prezidentliyə namizədlərin debatında dava oldu

Sentyabrın 19-da  İctimai Televizyada (İTV) bu il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində iştirak edən namizədlər üçün ayrılmış ödənişsiz efir vaxtında qalmaqal yaranıb.


Lent.az-ın xəbərinə görə, debatda prezidentliyə namizədlər Hafiz Hacıyevlə Cəmil Həsənli arasında mübahisə yaranıb. Namizədlər bir-birinin ünvanına kəskin ifadələr söyləyiblər.

İTV-nin təhlükəsizlik xidməti Hafiz Hacıyevi studiyadan çıxarıb.

C. Həsənli isə efir vaxtının kəsildiyini iddia edib. O bildirib ki, Hafiz Hacıyev onun efir vaxtının 25 saniyəsinə müdaxilə edib.

İTV-nin aparıcısı isə bildirib ki, C. Həsənlinin vaxtına müdaxilə edilməyib. O, bununla bağlı mübahisənin MSK tərəfindən çözüləcəyini də qeyd edib. Lakin C. Həsənli bununla razılaşmayıb, İTV-nin və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. O, İTV əməkdaşlarının çağırışı ilə studiyanı tərk etməyib. Daha sonra Ə. Əhmədov çıxışa başlayıb və bundan sonra C. Həsənli özü studiyanı tərk edib.

C. Həsənli efiri tərk edəndən sonra da ona qarşı hansısa təzyiqin olmadığını bildirib. O, efirdə baş verənlərlə bağlı MSK-ya və məhkəməyə müraciət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3004

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15