Pərviz Həşimlinin işi ilə bağlı apellyasiya şikayəti verildi
20 sentyabr 2013 15:12 (UTC +04:00)

Pərviz Həşimlinin işi ilə bağlı apellyasiya şikayəti verildi

Bizim yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının rəhbəri Pərviz Həşimlinin barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib.

 

Bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib. Vəkil apellyasiya şikayətinə yaxın günlərdə baxılacağını bildirib.

 

Qeyd edək ki, Səbail Rayon Məhkəməsində P. Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar