
Azərbaycanda 47 cinayətkar saxlanıldı
Daxili İşlər Nazirliyi ötən gün respublikada baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata əsasən, gün ərzində törədilən 29 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.
Oxşar yazılar

“Mərkəzi Park”da 2 yaşlı uşaq kanalizasiya quyusuna düşdü -FOTO
1 sentyabr 2025 , 14:55
Tanınmış aktrisa qəzaya düşdü - FOTOLENT
1 sentyabr 2025 , 14:46
Lənkərana "od vuran" tutuldu
1 sentyabr 2025 , 13:30
Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar – ANBAAN VİDEO
1 sentyabr 2025 , 13:00
Bakıda ŞOK CİNAYƏT: azyaşlıları zorla dilənçiliyə cəlb edən tutuldu
1 sentyabr 2025 , 11:39
Qəbələdə 50 yaşlı qadın sirkə turşusu içib öldü
1 sentyabr 2025 , 11:00
Biləsuvarda MÜƏMMALI ÖLÜM: gənc oğlanın meyiti təndirxanada tapıldı
1 sentyabr 2025 , 10:57