Oğurluqda şübhəli bilinən dəstə saxlanıldı
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 evdən pul və velosiped, habelə marketlərin birindən tütün məmulatı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini S.İsgəndərov saxlanılıb.
	Daxili İşlər Nazirliyindən Lent-aza bildirilib ki, araşdırma zamanı onun digər 4 nəfərlə birgə daha 2 mağazadan pul, danışıq kartları, ərzaq məhsulları, tütün məmulatı, spirtli və sərinləşdirici içkilər oğurlamaları da müəyyən edilib.
	Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinənlər -  R.Abdullayev, S.Əliyev və V.Musayev də polis əməkdaşları tərəfindən saxlanılmış, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
	Əməliyyat-axtarlış tədbirləri davam etdirilir.
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0