APA-nın məlumatına görə, hadisə Fətəli xan Xoyski prospektində qeydə alınıb.
31 yaşlı Aynurə Baxşıyeva sükanı arxasında olduğu "Volkswagen Jetta " markalı avtomobillə prospektdə əks istiqamətdə hərəkətdə olarkən, 43 yaşlı Hikmət Məmmədzadənin idarə etdiyi "Volkswagen Touareg "lə toqquşub.
Baş verən qəzada xəsarət alan olmasa da, qadın sürücü hadisə yerini tərk edib. Hadisə yerinə yol polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yararsız hala düşmüş avtomobillər evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.
İlkin ehtimallara görə qəzanın baş verməsinə qadın sürücünün prospektə əks istiqamətdə daxil olması səbəb olub. Faktla bağlı araşdırma aparılır.