Lənkəranda ağır qəza: 2 ölü
04 oktyabr 2013 15:20 (UTC +04:00)

Lənkəranda ağır qəza: 2 ölü

Oktyabrın 3-də Lənkəran rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, saat 19.00 radələrində Lənkəran rayonu Boradigah qəsəbəsinin ərazisində Liman şəhər sakini Mirsütun Əzizovun idarə etdiyi “VAZ-21145” markalı və Lənkəran şəhər sakini Elnur Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə M.Əzizov və sərnişini, Liman şəhər sakini Ramazan Babayev hadisə yerində ölüb.

 

BDYPİ tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1028

Oxşar yazılar