
Kredit təşkilatını aldatmaq cəhdi baha başa gəldi
Ağcəbədidə dələduzluq qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ağcəbədi polisi faktla bağlı Ağdam rayon sakini E.Xəlilov və Gəncə şəhər sakini S.Əliyevi saxlayıb. Onlar sentyabrın 20-də Ağcabədi şəhəri ərazisindəki kredit təşkilatlarından birinə gələrək qızıl-zinət əşyalarının müqabilində pul götürmək istədiklərini bildiriblər.
Adları çəkilənlər saxta qızıl əşyalarını təqdim edərək pul götürmək istəyərkən saxlanılıblar.
Araşdırmalarla S.Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Oxşar yazılar

Qazaxda AĞIR QƏZA: 4 nəfər yaralandı
14 iyul 2025 , 08:16
“Taxta bazarı”nda YANĞIN - VİDEO
14 iyul 2025 , 05:24
Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14