Kaliforniyada “Ay Laçın” oxudular
20 iyun 2013 11:26 (UTC +04:00)

Kaliforniyada “Ay Laçın” oxudular

Kaliforniyanın Stenford Universitetinin “Azərbaycan musiqisi və mədəniyyəti” kursunun tələbələri konsert veriblər. Lent.az-ın məlumatına görə, konsertdə kursun müəllimi, kamança ustası İmamyar Həsənovun rəhbərliyi ilə tələbələr tar, qaval, ud, piano və digər musiqi alətlərində “Çahargah”, “Heyratı”  muğamları, “Qubanın ağ alması”, “Sarı Gəlin” və “Ay Laçın” xalq mahnılarını ifa ediblər.  

Tədbirdə universitetin tələbə, professor və müəllim heyəti iştirak edib.

Qeyd edək ki, “Azərbaycan musiqisi və mədəniyyəti” kursu 2013-cü ilin aprelin0də Stenford Universitetinin Musiqi Fakültəsində təsis edilib.

 

# 432
avatar

Oxşar yazılar