İsmayıllıda ağır qəza: 1 öl, 1 yaralı
21 sentyabr 2013 13:00 (UTC +04:00)

İsmayıllıda ağır qəza: 1 öl, 1 yaralı

İsmayıllı rayonu ərazisində ağır yol qəzası baş verib.


 

APA-nın məlumatına görə, hadisə Muğanlı-İsmayıllı yolunun 16-cı km-də, İsmayıllı rayonu Basqal kəndi ərazisində qeydə alınıb.

 

Rayon sakini, 1987-ci il təvəllüdlü Əsgərov İlham Əsgəralı oğlu 10 BX 576 dövlət nömrə nişanlı, “VAZ 21033” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında dayanmış, Bakı sakini, 1955-ci il təvəllüdlü Alıyev Arif Məhəmməd oğluna məxsus 90 KJ 813 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük maşınına çırpılıb. “VAZ 21033” zərbənin təsirindən yoldan çıxaraq daş hasara çırpılıb və aşıb.

 

Hadisə nəticəsində maşının sürücüsü İ Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Onun sərnişini, Şamaxı rayon sakini, 1996-cı il təvəllüdlü Qəribova Mahizər Aqil qızı isə hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1102

Oxşar yazılar

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:32
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti  tapıldı

Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı

18 iyul 2025 , 18:17
12 supermarketdə  narkotik tərkibli banan   tapıldı

12 supermarketdə narkotik tərkibli banan tapıldı

18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU

Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU

18 iyul 2025 , 17:05