İki ay bir evdən oğurluq edən şəxs yaxalandı
27 iyul 2013 13:35 (UTC +04:00)

İki ay bir evdən oğurluq edən şəxs yaxalandı

 

 

Bakıda bir evdən oğurluq etməyə “adətkar” olmuş şəxs yaxalanıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu il iyun ayının 7-dən iyulun 25-dək olan müddət ərzində paytaxt sakini Arzuxanım Fərəcovanın evindən açar seçmək yolu ilə 50000 manat dəyərində qızıl əşyalar və 525 manat pul oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Əli Mahmudov tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar