FHN “Karvan” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb
10 oktyabr 2014 00:07 (UTC +04:00)

FHN “Karvan” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb

0

Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə,  hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Məlumatda bildirilib ki, ümumi sahəsi 10000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları  600 kv.m sahədə və içərisində olan satış malları yanıb. Yanğının kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Əliyev İlqar Tərlan oğlunun meyiti aşkar olunub və yuxarı mərtəbələrdən 6 nəfər fəhlə yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub.

 

Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.

 

Yanğın saat 21:58-də söndürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1456

Oxşar yazılar