
Evlərdən qızıl oğurlayıb su qiymətinə satdı
Qubada oğurluq baş verib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan Lent.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin əməkdaşları hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə rayonun Bağbanlı kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkənlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini 19 yaşlı Raman Mirzəyev olduğu müəyyən edilib.
R.Mirzəyevin ətrafında aparılan tədbirlər nəticəsində onun törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb. Məlum olub ki, saxlanılan şəxs Xaçmaz rayon ərazisində də analoji cinayət hadisəsi törədərək, rayonda yerləşən evlərin birinə qanunsuz daxil olmaqla oradan zinət əşyaları oğurlayıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edərək, oğurladığı qızıl-zinət əşyalarını Xaçmaz rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib. Polis əməkdaşları qızılların satıldığı yeri müəyyənləşdirərək, onları maddi sübut kimi götürüblər.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar yazılar

“Mərkəzi Park”da 2 yaşlı uşaq kanalizasiya quyusuna düşdü -FOTO
1 sentyabr 2025 , 14:55
Tanınmış aktrisa qəzaya düşdü - FOTOLENT
1 sentyabr 2025 , 14:46
Lənkərana "od vuran" tutuldu
1 sentyabr 2025 , 13:30
Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar – ANBAAN VİDEO
1 sentyabr 2025 , 13:00
Bakıda ŞOK CİNAYƏT: azyaşlıları zorla dilənçiliyə cəlb edən tutuldu
1 sentyabr 2025 , 11:39
Qəbələdə 50 yaşlı qadın sirkə turşusu içib öldü
1 sentyabr 2025 , 11:00
Biləsuvarda MÜƏMMALI ÖLÜM: gənc oğlanın meyiti təndirxanada tapıldı
1 sentyabr 2025 , 10:57