Dövlət Gömrük Komitəsindən beşbarmaq XƏBƏRDARLIĞI
30 iyul 2013 15:41 (UTC +04:00)

Dövlət Gömrük Komitəsindən beşbarmaq XƏBƏRDARLIĞI

 

“Belə vasitələr soyuq silahlar hesab olunur, cinayət məsuliyyəti də nəzərdə tutulub...”

 

Dövlət Gömrük Komitəsi son vaxtlar bir sıra şəxslər, xüsusilə gənclər tərəfindən xarici ölkələrdən beşbarmaqların və digər bu qəbildən olan əşyaların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhdlərin intensivləşdiyini açıqlayıb.

 

Lent.az-ın verdiyi məlumata görə, bu cür hallar üzrə  gömrük orqanları tərəfindən 200-dən çox fakt aşkar olunub, hüquqpozma törədənlərdən yüzlərlə belə əşya - beşbarmaqlar, qeyri-standart formada hazırlanan xəncərlər, süngülər, bıçaq və bıçağa oxşar əşyalar, pnevmatik və qaz silahları, dəyənəklər, qandallar, habelə mülki dövriyyəsi qadağan olunan digər əşyalar götürülüb.

Belə əşyaları gömrük sərhədindən keçirməyə cəhd göstərən şəxslər verdiyi izahatlarında bu əşyaları “suvenir” və ya “xatirə hədiyyəsi” kimi gətirdiklərini iddia edərək məsuliyyətdən yayınmağa çalışırlar. Dövlət Gömrük Komitəsi xəbərdarlıq edir ki, səlahiyyətli ekspert rəylərinə əsasən, kustar üsulla hazırlanmış əzici-vurucu xassəyə malik bu  beşbarmaqlar, habelə  kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silahlar hesab olunur və bu əməllərə görə digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5318

Oxşar yazılar