Culfada ağır yol qəzası: 3 ölü, 8 yaralı
04 oktyabr 2013 14:57 (UTC +04:00)

Culfada ağır yol qəzası: 3 ölü, 8 yaralı

İranın Şərqi Azərbaycan vilayətinin Culfa şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın “Oyannews”a istinadən məlumatına görə, hadisə oktyabrın 3-də yerli vaxtla saat 13:40-da Culfa-Mərənd magistralının 7 kilometrliyində olub.

 

Dizel yanacağı daşıyan tankerlə 4 avtomobil toqquşub. Nəticədə güclü partlayışla müşahidə olunan yanğın başlayıb. Hadisə zamanı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

 

Onlardan ikisi aldıqları yanğın xəsarətlərindən həyatlarını itiriblər. Yaralılar Hadişəhr, Culfa və Mərənd şəhərinin xəstəxanalarına qaldırılıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1284

Oxşar yazılar