Bulvarda 26 yaşlı qadını soydular
31 may 2015 19:13 (UTC +04:00)

Bulvarda 26 yaşlı qadını soydular

Bakıda qadına qarşı soyğunçuluq əməli törədilib. Lent.az-ın məlumatına görə, mayın 26-da axşam saatlarında Neftçilər prospekti 93 ünvanının qarşısında naməlum şəxs 1989-cu il təvəllüdlü Kərimova Lalə Beydulla qızına hücum edib. Həmin şəxs 26 yaşlı qadının əlindəki “İphone 6” markalı telefonu alaraq ərazidən uzaqlaşıb.

 

 

L.Kərimova ona hücum edən şəxsin 25-26 yaşlarında olduğunu bildirib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261

Oxşar yazılar