Bakıda türkiyəli tələbə qız intihar edib
06 fevral 2013 10:01 (UTC +04:00)

Bakıda türkiyəli tələbə qız intihar edib

 

Fevralın 5-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında, Türkiyə vətəndaşı 1989-cu il təvəllüdlü Reyhan Hakkı Zekriyye özünü yaşadığı otaqda asıb. 24 yaşlı qızın asılı vəziyyətdə qalmış meyitini tələbə yoldaşları aşkarlayıblar.

 

Məlumata görə, R.H.Zekriyye Bakıda ali məktəbdə təhsil alırmış. Onun intihar səbəbləri hələlik məlum deyil.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5773

Oxşar yazılar