Bakıda tanınmış alimin evindən külli miqdarda pul oğurlayıblar
05 fevral 2013 11:39 (UTC +04:00)

Bakıda tanınmış alimin evindən külli miqdarda pul oğurlayıblar

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Gəncə prospektində yerləşən və paytaxt sakini 1937-ci il təvəllüdlü Xəlilova Rəmziyə Kazım qızına məxsus evdən 20 min manat pul və 3 min manat dəyərində qızıl oğurlanıb. Ev sahibəsi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Pulu və qızılları oğurlamış şəxs və ya şəxslərin müəyyən edilərək yaxalanması istiqamətində iş aparılır.

 

Lent.az-ın məlumatına görə, mənzili yarılmış R.Xəlilova Azərbaycanın tanınmış kənd təsərrüfatı alimlərindəndir. Kənd təsərrüfatı üzrə elmlər doktoru olan qadın 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6275

Oxşar yazılar