<b>Bakıda səfirin müşaviri qəza törətdi</b>
27 dekabr 2017 11:29 (UTC +04:00)

Bakıda səfirin müşaviri qəza törətdi

 

Bakıda səfirlik əməkdaşı yol qəzasına düşüb. Lent.az xəbər verir ki, 1988-ci ildə Liviyada anadan olan və 2015-ci ildən Liviya Respublikasının səfirliyində müşavir  vəzifəsində işləyən Elnamrod Anasın idarə etdiyi “Mercedes” markalı,   019 D 011 dövlət nömrə nişanlı avtomobil Əlizadə küçəsi 9 ünvanın qarşısında Firudin Rəhimovun idarə  etdiyi “Lada Priora” ilə toqquşub. Hadisə zamanı xəsarət alan  olmayıb.  Hər iki avtomobilə ziyan dəyib.

 

Hadisə ilə əlaqədar Səbail DYPŞ-də araşdırma aparılır.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar