Bakıda maşınla italiyalı qadını vurub qaçdılar
23 iyul 2017 18:03 (UTC +04:00)

Bakıda maşınla italiyalı qadını vurub qaçdılar

0

Bakıda naməlum avtomobil əcnəbi qadını vurub. Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsində baş verib. Hələlik markası və nömrəsi müəyyən edilməmiş avtomobil İtaliya vətəndaşı, 1969-cu il təvəllüdlü Sabrina Roççini vurub. Qadın xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

 

Qəzanı törədən sürücü axtarılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 249

Oxşar yazılar