Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, məlum hadisə oktyabrın 5-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb. Vaqif Hacıyevin evinin yardımçı otağında su qızdırıcısında qaz sızmasından yanğına keçən ani partlayış baş verib.
Yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən V.Hacıyev bu gün orada dünyasını dəyişib.
Qeyd edək ki, V.Hacıyev əvvəllər pilot olub.