Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsi 67 ünvanında 1989-cu il təvəllüdlü Əhmədov Rövşən Bəxtiyar oğlu intihar edib. 25 yaşlı R.Əhmədov yaşadığı evin damına çıxaraq özünü taxta tirdən asıb.
İntihar edən gəncin anası bildirib ki, oğlu son vaxtlar tüfeyli həyat tərzi keçirib və psixi problemlər yaşayırmış. Hadisə baş verməzdən əvvəl isə o evə sərxoş vəziyyətdə gəlib və birbaşa dama çıxaraq özünü öldürüb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.