Bakı Şəhər Prokurorluğundan Suraxanıdakı qətlə dair AÇIQLAMA
21 sentyabr 2013 13:06 (UTC +04:00)

Bakı Şəhər Prokurorluğundan Suraxanıdakı qətlə dair AÇIQLAMA

Bakı Şəhər Prokurorluğu paytaxtda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

 

Prokurorluqdan APA-ya verilən xəbərə görə, sentyabrın 18-də saat 14.00 radələrində paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində su kanalından üzərində xəsarətlər olan naməlum qadın meyitinin aşkar olunması faktına görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Ölən qadının 1991-ci il təvəllüdlü Namazova Şəbnəm Kərəm qızı olduğu müəyyənləşdirilib. Rayon Prokurorluğu və Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən 1988-ci təvəllüdlü Əliyev Şahin Mirsəməd oğlu tutularaq istintaqa cəlb olunub.

 

Ş. Əliyev sentyabrın 18-də səhər saatlarında qeyri-rəsmi nikahda yaşadığı Ş. Namazova ilə metropolitenin “Koroğlu” stansiyası yanında görüşüb. Onlar avtobusla Yeni Suraxanı qəsəbəsində Zeytun Bağları adlanan əraziyə gediblər. Orada aralarında yaranmış mübahisə zamanı Ş. Əliyev Ş. Namazovanın boğaz nahiyəsindən yumruqla iki dəfə vurub, öldüyünü yəqin etdikdən sonra meyiti yaxınlıqdakı su kanalına atıb.

 

Hazırda iş üzrə istintaq davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1409

Oxşar yazılar

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:32
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti  tapıldı

Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı

18 iyul 2025 , 18:17
12 supermarketdə  narkotik tərkibli banan   tapıldı

12 supermarketdə narkotik tərkibli banan tapıldı

18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU

Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU

18 iyul 2025 , 17:05