Bakı-Qazax yolunda ağır qəza:1 nəfər ölüb
30 iyul 2013 20:02 (UTC +04:00)

Bakı-Qazax yolunda ağır qəza:1 nəfər ölüb

Hacıqabul rayonu, Bakı-Qazax yolunda “KAMAZ” la “MERCEDES” toqquşub. Lent.az-ın Fövqəladə Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, yol-qəza hadisəsində avtomobildən şəxsiyyətləri məlum olmayan sıxılmış vəziyyətdə bir sərnişinin cəsədi və bir sərnişin müxtəlif bədən xəsarətləri alaraq, minik avtomobilindən yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib.

 

Minik avtomobilinin sürücüsü və avtomobildə şəxsiyyətləri məlum olmayan biri qadın və uşaq olmaqla 2 sərnişin yanğınsöndürən-xilasedicilər çatana kimi əhali tərəfindən Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765

Oxşar yazılar