
Azərbaycanda borca görə axtarılanlar... 18-i saxlanıldı
Daxili İşlər Nazirliyi ötən gün respublikada qeydə alınan kriminal hadisələrin statistikasını açıqlayıb.
Lent.az-ın nazirliyə istinadən məlumatına görə, gün ərzində törədilən 24 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin edilib.
Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
Oxşar yazılar

Qazaxda QƏZA: 4 nəfər xəsarət aldı
14 iyul 2025 , 08:16
“Taxta bazarı”nda yanğın baş verdi-FOTO-VİDEO
14 iyul 2025 , 05:24
Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14