Azərbaycan manatının simvolu “Unicode”-a əlavə olunub
20 iyun 2013 11:03 (UTC +04:00)

Azərbaycan manatının simvolu “Unicode”-a əlavə olunub

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2006-cı ildə Azərbaycanda milli valyutanın 5000:1-ə nisbətdə denominasiyası keçirilib.

Avstriyalı qrafik və dizayner Robert Kalina yeni banknotlarla yanaşı, Azərbaycan manatı üçün yeni simvol da hazırlayıb.  2008-2011-ci illərdə manat simvolunun valyuta nişanları cədvəlinə əlavə edilməsi üçün çoxlu səylər göstərilsə də, təəssüf ki, bununla bağlı edilən bütün müraciətlər simvolun istifadə olunmaması səbəbindən rədd edilib. 2012-ci il manat simvolunun tarixində əlamətdar olub. Belə ki, JIS kimi dizayn-studiya və reklam agentlikləri sayəsində simvol reklam və qiymət cədvəllərində geniş istifadə olunmağa başlayıb. “Unicode” konsorsiumunun iyunun 10-14-də keçirilən görüşündə manat simvolu “U+20BC” ilə kodlaşdırmaya qəbul edilib.

 

# 823
avatar

Oxşar yazılar