Arif Əmrahoğlunun səhhəti pisləşib
09 iyun 2014 19:48 (UTC +04:00)

Arif Əmrahoğlunun səhhəti pisləşib

0

Yazıçılar Birliyinin katibi, ədəbiyyatşünas alim Arif Əmrahoğlunun səhhətində problem yaranıb. O, Bakıdakı Milli Onkologiya Mərkəzində müalicə alır.

Lent.az-ın məlumatına görə, Arif Əmrahoğlunun həyat yoldaşının “media forum” saytına bildirib ki, həkimlər hələ də dəqiq diaqnoz qoymayıblar: “Mədə qanaxmasının qarşını almaq üçün proses gedir. Qanaxma müəyyən qədər qaydaya salınıb. Amma hələ dəqiq diaqnoz yoxdur. Əməliyyatın olub-olmayacağı da müəyyənləşməyib”.

Arif Əmrahoğlu 1954-cü ildə Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olub. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir.

“Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və s. kitabların müəllifi, Anton Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan Mirzə Fətəli Axundovun “Seçilmiş əsərləri”nin tərtibçisidir.

Ədəbiyyatşünas alim uzun illərdir Bakı Dövlət Universitetinin müəllimidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1162

Oxşar yazılar