Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsində unikal əməliyyat aparılıb
03 oktyabr 2013 11:52 (UTC +04:00)

Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsində unikal əməliyyat aparılıb

01.10.2013 tarixində adıçəkilən xəstəxananın urologiya şöbəsində 53 yaşlı kişi xəstə üzərində unikal əməliyyat aparılıb. Belə ki, çanaq yerləşimli böyrəkdə (anadangəlmə inkişaf qüsuru)  daş xəstəliyindən uzun müddətdir əziyyət çəkən  xəstəyə dunyada yeni metod olaraq qəbul edilən VAMS (video -assisted minilaparatomy surgery) metodu ilə əməliyyat həyata keçirilib . Əməliyyat 2 sm lik dəlikdən və optik cihazların yardımı ilə icra olunub . Hal haziırda xəstənin vəziyyəti yaxşıdır.

 Əməliyyatı icra edən cərrahlar – Dr. Rəşad Məmmədov və Dr. Asif Cahangirovun dediklərindən – “ Bildiyiniz kimi, klinkamız endoskopik və minimal invaziv urologiya üzrə respublikamızda öncül yerlərdən birini tutmaqdadır. Klinkamızda tətbiq etdiyimiz bu metodla 2 sm lik dəlikdən optik cihazların yardımı ilə əməliyyat icra edilir. Əməliyyat kiçik minimal kəsiklə aparıldığı üçün xəstəyə verilən travma da minimal olur və xəstə 1-2 günə evə yazılır.”

 

Xatırladaq ki, Dr. Rəşad Məmmədov Azərbaycanda ilk laparoskopik nefrektomiya əməliyyatın edən cərrahdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2698

Oxşar yazılar