
Polisə xəsarət yetirən keçmiş məhkum saxlanıldı
Tovuz rayonu ərazisində avtomobildən oğurluğa cəhd göstərən şəxs saxlanılıb. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Verilən məlumata görə, aprelin 4-də saat 1 radələrində Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində naməlum şəxs Dönük Qırıqlı kənd sakini Ə.Həsənovun “Lexus” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərib.
Bu zaman səsə-küyə gəlmiş polis serjantı N.Həsənov şübhəli şəxsi saxlayarkən o, polis əməkdaşının əl nahiyəsinə metal alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Lakin görülmüş tədbirlərlə həmin şəxs saxlanılıb.
Araşdırmalarla onun Qovlar şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Qasımov olması müəyyən edilib.
Oxşar yazılar

Tovuzda piyadanı avtomobil vurub öldürdü
21 avqust 2025 , 23:12
Ağcabədidə maye qazdoldurma məntəqəsi yandı, üç nəfər xəsarət aldı - VİDEO
21 avqust 2025 , 22:55
Astarada ağır qəza - 30 yaşlı motosiklet sürücüsü öldü
21 avqust 2025 , 21:57
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçdi - VİDEO
21 avqust 2025 , 21:21
Ermənistan ordusunun Xocalıya, Laçına, Kəlbəcərə, Qubadlıya hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
21 avqust 2025 , 20:40
Cəlilabadda 2 hektar yeri yandıran cəzalandırıldı
21 avqust 2025 , 19:46
Ağstafa sakini evində ölü tapıldı
21 avqust 2025 , 19:33