<b>"Naxçıvanlı Polad"ın istəyi reallaşmadı</b>
05 aprel 2019 10:44 (UTC +04:00)

"Naxçıvanlı Polad"ın istəyi reallaşmadı

Kriminal aləmdə "Naxçıvanlı Polad" kimi tanınan Polad Zöhrabovun birinci instansiya məhkəməsinin hökmündə verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Vaqfi Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Hakimlər kollegiyasının qərarına əsasən "Naxçıvanlı Polad"ın şikayəti təmin edilməyib və Xətai rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Polad Zöhrabov Cinayət Məcəlləsinin 228.1-ci(qanunsuz silah saxlama, gəzdirmə) maddəsi ilə ittiham verilib. Xətai rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Polad Zöhrabov əvvəllərdə uzunmüddətli məhbusluq həyatı yaşayıb. O kriminal aləmdə "Naxçıvanlı Polad" ayaması ilə tanınıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 981

Oxşar yazılar