
Bakıda maşın qaçıran şəxslər saxlanıldı
Bakıda maşın qaçıran şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Mustafayev aprelin 23-nə keçən gecə A.Qurban küçəsindən “VAZ-2115” markalı avtomobilinin qaçırıldığını bildirib.
Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Bu barədə digər xidmət sahələrinin əməkdaşlarına da müvafiq məlumat verilib.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimov və Hacıqabul rayon sakini X.Cavadov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar yazılar

Bakıda ərəb turistlərdən daha bir QALMAQALLI VİDEO
21 avqust 2025 , 18:50
MN-nin sabiq maliyyə rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur
21 avqust 2025 , 18:39
Küçə itlərindən qaçan qadını maşın vurub öldürdü
21 avqust 2025 , 18:21
Masallıda su anbarında batan kişinin meyiti tapıldı - YENİLƏNİB
21 avqust 2025 , 18:20
Ağdərədə yanğın partlayışlara səbəb oldu, yaralanan var
21 avqust 2025 , 18:08
Bakıda daha bir nəfər dənizdə batdı
21 avqust 2025 , 18:02