[b]5 nəfərin ölümünə səbəb olan sürücü tutuldu[/b]
11 may 2019 11:20 (UTC +04:00)

[b]5 nəfərin ölümünə səbəb olan sürücü tutuldu[/b]

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində 1977-ci il təvəllüdlü Həsənov İlham Yelmar oğlunun idarə etdiyi “İVEKO” markalı 99-LN-431 dövlət nömrə nişanlı yük avtomobili ilə 1969-cu il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlunun idarə etdiyi “Mersedes” markalı 10-RP-097 dövlət nömrə nişanlı avtomobilin toqquşaraq yolun sağ hissəsində olan dərəyə aşması nəticəsində “Mersedes” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər 1974-cü il təvəllüdlü Saleh Musayev, 1967-ci il təvəllüdlü Məhəbbət Musayeva, 1973-cü il təvəllüdlü Amil Məmmədov və 1987-ci il təvəllüdlü Vidadi Nuriyevin hadisə yerində ölmələri, yük avtomobilinin sürücüsünün isə hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
 
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
 
Aparılmış istintaqla hadisənin İlham Həsənov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
 
İstintaq-əməliyyat tədbirləri nəticəsində İ.Həsənov mayın 11-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3021

Oxşar yazılar

Hüseyn Həsənov 100 milyonluq evini  ona verdi - YENİLƏNİB

Hüseyn Həsənov 100 milyonluq evini ona verdi - YENİLƏNİB

22 may 2025 , 15:50
Xırdalanda FACİƏ:  1 yaşlı uşaq yandı

Xırdalanda FACİƏ: 1 yaşlı uşaq yandı

22 may 2025 , 15:28
Mingəçevirdə evdə PARTLAYIŞ   - VİDEO

Mingəçevirdə evdə PARTLAYIŞ - VİDEO

22 may 2025 , 14:53
Naxçıvanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  - YENİLƏNİB

Naxçıvanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

22 may 2025 , 14:43
İnəyi xilas etmək istədi, özü öldü

İnəyi xilas etmək istədi, özü öldü

22 may 2025 , 12:12
Dörd nəfər bataqlığa   düşüb öldü

Dörd nəfər bataqlığa düşüb öldü

22 may 2025 , 11:57
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

22 may 2025 , 11:29
Ukraynalı qızları "ovlayan"  azərbaycanlılar TUTULDU

Ukraynalı qızları "ovlayan" azərbaycanlılar TUTULDU

22 may 2025 , 11:10