“Qarabağ” – “Çelsi” matçına 50 min bilet satılıb
11 noyabr 2017 16:18 (UTC +04:00)

“Qarabağ” – “Çelsi” matçına 50 min bilet satılıb

Çempionlar Liqasının V turunda baş tutacaq “Qarabağ” – “Çelsi” matçının bilet satışları davam edir. Apasport.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, biletlərin çoxu satılıb.

 

Belə ki, artıq 50 mindən çox biletin öz sahibini tapdığı bildirilib. Matç saatına qədər bütün biletlərin satılması gözlənilir.

 

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” görüşü noyabrın 22-də 68 min 700 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220

Oxşar yazılar