“Diffamasiya haqqında” qanun layihəsi yenidən gündəmdə
04 oktyabr 2013 11:53 (UTC +04:00)

“Diffamasiya haqqında” qanun layihəsi yenidən gündəmdə

Azərbaycanın “Diffamasiya haqqında” qanun layihəsi Avropa Şurasının Venesiya Komissiyasının oktyabrın 11-12-də keçiriləcək 96-cı plenar sessiyasında müzakirə olunacaq.


 

APA-nın xəbərinə görə, oktyabrın 11-də komissiyanın ekspertlərinin bu qanun layihəsi haqda hazırladıqları rəy Azərbaycan nümayəndələri ilə müzakirə ediləcək.   

 

Sessiyanın gedişində Rusiya, Gürcüstan, Ukrayna, Monteneqro və Bosniya-Herseqovinanın qanun layihələri də müzakirəyə çıxarılacaq.

 

Xatırladaq ki, “Diffamasiya haqqında” qanun layihəsi Azərbaycan Milli Məclisinin payız sessiyasının gündəminə daxil edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar