“20 Yanvar” Cəmiyyətinin sədri avtoqəzaya düşüb - YENİLƏNİB
05 iyun 2014 17:51 (UTC +04:00)

“20 Yanvar” Cəmiyyətinin sədri avtoqəzaya düşüb - YENİLƏNİB

0

Cəlilabad rayonunda  yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 5-də günorta saatlarında Ələt-Astara magistralının 145-ci kilometrliyində - yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini Yaqub  Məmmədovun idarə etdiyi  "Ford " markalı, 10 OE 794 dövlət nömrə nişanlı sərnişin daşıyan mikroavtobus Cəlilabad rayonunun Göytəpə şəhər sakini  Mirşamil Mürsəlovun idarə etdiyi "Oka" markalı, 15 BL 705 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qəza zamanı  xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi  ziyan dəyib.

Qeyd edək ki, qəzaya düşən "Oka" markalı avtomobilin sürücüsü  Mirşamil Mürsəlov Cəlilabad rayonundakı  “20 Yanvar” Cəmiyyətinin sədridir.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 839

Oxşar yazılar