43 yaşlı qadın özünü 4-cü mərtəbədən atdı
28 oktyabr 2016 09:46 (UTC +04:00)

43 yaşlı qadın özünü 4-cü mərtəbədən atdı

 

Bakıda intihara cəhd olub.

 

 

APA-nın məlumatına görə, hadisə Xətai rayonu, M. Hadi küçəsi 80 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən binada yaşayan, 1973-cü il təvəllüdlü Vəfa Həsənağa qızı Babayeva yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Nəticədə o, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan dindirmək mümkün olmayıb.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325

Oxşar yazılar