Vidadi Bərdəlinin oğlu həbsdən çıxdı
15 avqust 2024 09:53 (UTC +04:00)

Vidadi Bərdəlinin oğlu həbsdən çıxdı

Mərhum müğənni Vidadi Bərdəlinin oğlu Tuncay həbsxanadan buraxılıb.

Lent.az xəbər verir ki, bu barədə onun anası Naidə Heydərova məlumat yayıb.

Məlumata görə, T.Vəliyev 2018-ci ildə tanışı F.Ocaqquliyev ilə birgə taksi sürücüsü Rəşad Hüseynovu Nəsimi rayonu ərazisində qətlə yetirməkdə ittiham edilib. Lakin məhkəmə T.Vəliyevə ittiham olunduğu qəsdən adam öldürmə maddəsi üzrə bəraət verib. O, yalnız narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu ildə çıxardığı hökmlə F.Ocaqquliyev 19 il, T.Vəliyev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, Vidadi Bərdəlinin digər nikahından olan oğlu Tural Allahverdiyev də hazırda həbsdədir. O, Bərdədə tanışını borca görə qətlə yetirməkdə təqsirli bilnib və 13 il 6 ay həbsə məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158
avatar

Oxşar yazılar