Uşağını su kanalına atan ana istintaqa cəlb edildi - AZƏRBAYCANDA DƏHŞƏT  - YENİLƏNİB
14 avqust 2021 13:51 (UTC +04:00)

Uşağını su kanalına atan ana istintaqa cəlb edildi - AZƏRBAYCANDA DƏHŞƏT - YENİLƏNİB

Avqustun 14-ü saat 08 radələrində Biləsuvar rayon sakini, 2020-ci il təvəllüdlü Zakir Hacıyevə (ad şərtidir) məxsus meyitin Biləsuvar RMX-yə daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Azərbaycan Respublikası Baş Prokurorluğundan  Lent.az-a veritlən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin anası 1991-ci il təvəllüdlü Reyhan Hacıyeva (ad şərtidir) həmin gün saat 07 radələrində rayonun İsmətli kəndi ərazisindən keçən su kanalına intihar etmək məqsədi ilə özünü və oğlunu atmış, nəticədə Zakir Hacıyev (ad şərtidir) suda boğularaq ölüb. Reyhan Hacıyeva (ad şərtidir) isə kənd sakinləri tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Reyhan Hacıyeva (ad şərtidir) şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

 

***

Saat: 12:39

 

Biləsuvarda körpə anasının onu su kanalına atması nəticəsində boğularaq ölüb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayonun İsmətli kəndində 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Poladı su kanalına atıb. Körpə suda boğularaq ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7236
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar