Ucardakı ağır qəzada ölənlərdən biri  MEYXANAÇIDIR -FOTOLENT  -YENİLƏNİB
22 oktyabr 2024 12:05 (UTC +04:00)

Ucardakı ağır qəzada ölənlərdən biri MEYXANAÇIDIR -FOTOLENT -YENİLƏNİB

Ötən gecə Ucarda baş verən dəhşətli qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib.

Lent.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə saat 23 radələrində Bakı-Qazax yolunun 246-cı kilometrliyində - Alpout kəndinin ərazisində baş verib.

Ucarın Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi “Peugeot” markalı avtomobili qarşıda gedən “KamAZ”a çırpılıb. Sonradan “Peugeut” markalı avtomobil tamamilə yanıb.

Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüb. Digər sərnişin 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Bildirilir ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.

***

00:13

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik maşını ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, 1 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3660
avatar

Oxşar yazılar