Bakıda 55 yaşlı kişi evdən 10 minlik oğurluq  etdi
25 oktyabr 2024 16:57 (UTC +04:00)

Bakıda 55 yaşlı kişi evdən 10 minlik oğurluq etdi

Bakının Nəsimi rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən 9000 manat pul və 950 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı R.Xəlilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1557
avatar

Oxşar yazılar