Maştağada ögey anasını qətlə yetirənə  HÖKM OXUNDU
05 may 2025 18:33 (UTC +04:00)

Maştağada ögey anasını qətlə yetirənə HÖKM OXUNDU

Maştağada ögey anasını qətlə yetirməkdə təqsirləndirilən Qasım Məmmədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Qasım Məmmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin noyabrın 28-də Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 46 yaşlı İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 28 yaşlı Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanılıb. Qasım Məmmədova Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar