Qızı evdən qaçan ata özünü yandırdı
25 oktyabr 2024 17:49 (UTC +04:00)

Qızı evdən qaçan ata özünü yandırdı

Türkiyədə qızı evdən qaçan ata özünü öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Denizli rayonunun Kale qəsəbəsindəki bazarda baş verib. Burada çörək bişirmə sexində işləyən 42 yaşlı Halil Seliz benzinin bir hissəsini içib, bir hissəsini isə üzərinə töküb. Polis əməkdaşlarının onu fikrindən döndərmək istəyi boşa çıxıb. Polislər Halil Selizi fikrindən daşındırmaq üçün arvadını da əraziyə çağırıblar. Ancaq kişi onların heç birinə əhəmiyyət verməyib və özünü yandırıb.

Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Halil Selizin qızı bir müddət əvvəl evdən qaçıb və geri qayıtmaq istəmədiyini bildirib. Kişi də buna görə özünü yandıraraq, intihar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2205
avatar

Oxşar yazılar