Balıqçılıq alətləri mağazasının sahibi olan amerikalı Luke Ofield, Kaliforniyada təxminən 300 kiloqram ağırlığında qılınc balığı tutub.
Lent.az xarici mediaya istinadla bildirir ki, qılınc balığının Kaliforniyada tutulan növlərin ən böyük nümayəndəsi olduğu ortaya çıxıb. Bu əvvəlki rekordu 45 kiloqram üstələyib.
Qılınc balıqları Sakit, Atlantik və Hind okeanlarında yaşayır. Ən böyük məlum nümunələr Kaliforniyada tutulanlardan iki dəfə böyükdür.