Üçüncü Dünya Müharibəsinə bir addım  qaldı 
25 oktyabr 2024 13:16 (UTC +04:00)

Üçüncü Dünya Müharibəsinə bir addım qaldı 

Rusiya ilə Ukrayna arasında müharibə yeni mərhələyə keçib, indi müharibəyə üçüncü tərəf - Şimali Koreya cəlb olunub.

Lent.az-ın xəbərinə görə, “The Telegraph” yazır ki, artıq Şimali Koreya əsgərləri dünyanı Üçüncü Dünya Müharibəsinə yaxınlaşdıran Rusiya ordusuna kömək üçün göndərilib.

Oktyabrın əvvəlində Rusiyanın Sakit Okean Donanmasının yeddi gəmisi Şimali Koreyanın Çonjin, Hamhın və Musudan limanlarından Vladivostoka yola düşüb. Onların göyərtəsində təxminən 1500 Şimali Koreya xüsusi təyinatlısı olub. Şimali Koreya lideri Kim Çen Inın Rusiya qüvvələrini dəstəkləmək üçün əlavə 11 min əsgər göndərməyi planlaşdırdığı bildirilir.

Bu hadisə Ukraynadakı müharibəni qlobal münaqişəyə çevirə bilər ki, bu da Üçüncü Dünya Müharibəsinin başlanğıcına çevrilə bilər. Nəşr qeyd edir ki, Şimali Koreyanın iştirakı artıq Böyük Britaniya və Fransa siyasətçiləri tərəfindən müzakirə edilən digər ölkələri də münaqişəyə qoşulmağa təhrik edə bilər.

“Aydındır ki, Rusiya liderləri və onların İran, Şimali Koreya və Çindəki müttəfiqləri bunu başa düşürlər”, - məqalə müəllifləri vurğulayırlar.

Şimali Koreya qoşunlarının göndərilməsinə baxmayaraq, 11 min əsgərin cəbhədə Rusiya qüvvələri arasında itkilərin çox olduğunu nəzərə alsaq, çətin ki, döyüşün gedişatını əhəmiyyətli dərəcədə dəyişə bilsin. Lakin bu, Kim Çen Inın ehtiyac yaranarsa, Rusiyaya daha da çox qoşun göndərməyə hazır olduğunu göstərir.

Şimali Koreyanın münaqişədə artan iştirakı Cənubi Koreyanın müharibəyə cəlb olunmasına səbəb ola bilər. ABŞ Ukrayna ordusu üçün ondan bir milyon artilleriya mərmisi alsa da, indiyədək Seul Ukraynaya yalnız humanitar yardım göndərib. Bununla belə, Cənubi Koreya Kiyevə birbaşa silah göndərməkdən çəkinir, baxmayaraq ki, bu vəziyyət yaxın vaxtlarda dəyişə bilər.

Ötən həftə Milli Təhlükəsizlik Şurasının fövqəladə iclası zamanı Cənubi Koreya rəhbərliyi Şimali Koreyanın Rusiyaya dəstəyini “ciddi təhlükə” adlandırıb və Ukraynaya yardımı artırmaqla öz mövqeyinə yenidən baxacağına söz verib.

Cənubi Koreyadan gələn silahların tezliklə Ukraynada peyda olması ehtimalı var. Eyni zamanda, Kiyevin NATO müttəfiqləri Cənubi Koreya kimi Şimali Koreyanın münaqişədə iştirakının ciddiliyini tam başa düşmürlər. Qərb ölkələrinin Ukraynaya hərbi yardımı ixtisar etdiklərini elan etdiyi bir vaxtda Seulun dəstəyi bu azalmanı kompensasiya edən mühüm amil ola bilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5313
avatar

Oxşar yazılar