Zerrin Özerdən pərəstişkarlarını üzən xəbər
25 oktyabr 2024 19:57 (UTC +04:00)

Zerrin Özerdən pərəstişkarlarını üzən xəbər

Müğənni Zerrin Özer qatıldığı mükafatlandırma mərasimində sevənlərinə üzücü xəbər verib. 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni "Beyin damarlarımın ikisində əhəmiyyətli dərəcədə daralma var" deyib.

O, onurğa iliyi əməliyyatından sonra səhhətindəki problemlər və artan narahatlıq səbəbiylə Darülacezedəki fiziki müalicə və reabilitasiya mərkəzində yenidən müalicə alıb.

Müğənni "Beyin damarlarımın ikisində əhəmiyyətli dərəcədə daralma var. Ona görə də qeyri-sabit, səndələyərək yeriyirəm. Amma bura mükafatımı almaq və hər şeyə rəğmən bu gecə dik durduğumuzu göstərmək üçün gəldim", - fikrini tamamlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3699
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar